“Sebastyan Şimanskinin formasında eniş var”

“Sebastyan Şimanskinin formasında eniş var”

“Fənərbağça”nın futbolçusu Sebastyan Şimanski haqda Polşa mətbuatında maraqlı açıqlamalar gündəm mövzusuna çevrilib.

Fanat.Az xəbər verir ki, "Przeqlad Sportowy" İstanbul klubunun forvardının son durumunu dəyərləndirib: 

"Sebastyan Şimanskinin formasında eniş var. Şimanski tam formada deyil. Hər zaman əsas heyətdə yer alan oyunçu artıq ehtiyatdadır”.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm "Fənərbağça" forması ilə 40 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər