"Səbail"dən növbəti transfer

"Səbail"dən növbəti transfer

"Səbail” heyətinə daha bir qapıçı cəlb edib. Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi transfer edib. 

Onunla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Hüseynəli Quliyev “Səbail” üçün tanış futbolçudur. O, 2017/18 mövsümündə “Gənclər Liqası”nın bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib. Daha sonra “Sabah”ın ikinci komandasında çıxış etməyə başlayan qolkiper son olaraq “Sumqayıt”ın formaını geyinib.

“Səbail” bundan əvvəl “Zirə”dən ayrılan qapıçı Rəşad Əzizli ilə də müqavilə bağlamışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər