Sautqeyt Niderland üzərində qələbəni belə şərh etdi

Sautqeyt Niderland üzərində qələbəni belə şərh etdi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında Niderland üzərində qazandıqları qələbəni şərh edib. 

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Oyun çətin keçdi. Çox yaxşı çıxış sərgilədik. Bütün heyət matça hazır idi. Niderland təzyiq etməyə başladığı vaxtda Harri Keyn səhnəyə çıxdı. Olli Uotkins isə sürəti hesabına rəqiblərini keçə bilir. Bundan yaxşı istifadə etdik. Onun adına sevinirəm. Bizi böyük final gözləyir".

Qeyd edək ki, İngiltərə finalda İspaniya ilə üz-üzə gələcək. İyulun 14-də baş tutacaq həlledici oyun saat 23:00-da keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər