"Saqqallı qızlar"dan 4-ü azadlığa buraxıldı

"Saqqallı qızlar"dan 4-ü azadlığa buraxıldı
İranda saqqal taxaraq futbol matçı izləmək üçün stadiona daxil olduğu üçün saxlanılan qızlardan xəbər var.
Fanat.Az xəbər verir ki, həbs edilən 6 qızdan 4-ü azadlığa buraxılıb. Belə ki, Zəhra Xoşnəvaz, Leyli Mələki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir adlı xanımlar girov qarşılığında müvəqqəti olaraq azad olunublar. 
Digər iki qızla bağlı məlumat verilmir. 4 qızın azad olunmasında isə azarkeşlər aktivlik nümayiş etdirərək buna nail olublar.
Azadlığa buraxılan qızlardan biri "Eqtesadi cahan” qəzetinin əməkdaşıdı. 
Qeyd edək ki, İran qanunlarına əsasən, qadınların stadiona getməsi qadağandı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər