"Sanki 100 il keçib" - Xavi

"Sanki 100 il keçib" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya təmsilçisinin "sükanı arxası"nda keçirdiyi 100 günü dəyərləndirib.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis belə danışıb:

"Sanki 100 il keçib... Öncədən nəzərdə tutulmayan sürprizləri, koronavirusun yaratdığı problemləri, qış transfer pəncərəsi dönəmindəki gərginliyi də nəzərə alsaq, hansı durumda çalışdığımız aydın olar. "Barselona"nı layiq olduğu yerə qaytarmağa çalışıram. Hələ görüləcək işlər çoxdur. İndi maddi baxımdan da hər şey arzulanan səviyyədə deyil. Ancaq bu, bizim şəxsiyyət kimi böyüməyimizi şərtləndirən amildir. Liqada üst sıralara doğru irəliləyirik. Əsas odur ki, nəticələri yaxşılaşdırırıq və doğru yoldayıq".

Qeyd edək ki, 23 oyuna 39 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 4-cü pillədədir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər