Samuel Eto yutuberin sifətinə təpik vurdu - VİDEO

Samuel Eto yutuberin sifətinə təpik vurdu - VİDEO

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto bir yutuberin sifətinə təpiklə vurub.

Fanat.Az xəbər verir ki, hadisə Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan (4:1) sonra baş verib.

Qarşılaşmanı tribunadan izləyən Kamerunun əfsanəvi futbolçusu stadionu tərk edərkən onu lentə alan əlcəzairli yutuberin üzərinə hücum çəkib.

Ətrafdakılar Etonu sakitləşdirməyə çalışsalar da, əsəblərinə hakim ola bilməyən 41 yaşlı sabiq hücumçu həmin şəxsi təpiklə vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər