Samuel Eto yutuberi bu suala görə vurub - Özü açıqladı

Samuel Eto yutuberi bu suala görə vurub - Özü açıqladı

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan (4:1) sonra əlcəzairli yutuberin sifətinə təpiklə vurmasının səbəbi aydın olub.

Fanat.Az xəbər verir ki, bunu sabiq forvardın hücumuna məruz qalan əlcəzairli sosial şəbəkə hesabında açıqlayıb.

Yutuber daha öncə yayılan xəbərə - Etonun referi Bakari Qassamaya rüşvət təklif etdiyi ilə bağlı deyilənlərə münasibət öyrənmək istədiyi üçün vurulduğunu bildirib:

"Samuel Eto bunu Qassama ilə əlaqədar suala görə etdi. Bu məsələ hamını maraqlandırır. Eto mənə "sənin kimi axmaqla danışa bilmərəm" dedi. O, məşhurdur, amma bu, o demək deyil ki, istədiyi adama əl qaldıra bilər".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər