Samir Abasovun 150-ci sınağı

Samir Abasovun 150-ci sınağı
"Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.
 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXIV turunun "Sabah”la görüşünə təsadüf edib.
 
2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. "Neftçi”yə qədər "Sumqayıt”la "Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda baş tutub.
Qeyd edək ki, mütəxəssis "Neftçi”ni 17, "Zirə”ni 37, "Sumqayıt”ı 96 matça çıxarıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər