Samir Abasov "Voyvodina"nın düşərgəsində

Samir Abasov "Voyvodina"nın düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Serbiyaya yollanıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfərdə məqsəd UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını başa vurmaqdır. 39 yaşlı mütəxəssis təcrübə proqramının növbəti mərhələsini “Voyvodina” klubunun düşərgəsində keçirəcək.

Qeyd edək ki, S.Abbasov bu ilin mayında təcrübə proqramı ilə əlaqədar Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının düşərgəsində olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər