Samir Abasov məğlub komandadan razı qaldı

Samir Abasov məğlub komandadan razı qaldı

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının üçüncü turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi. Düşünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var.

- Bugünkü oyunda qapıçı dəyişikliyi nə ilə bağlı idi?

- Mehdi Cənnətova da şans vermək lazımdır. Çünki sabah Fərhad Əliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Komandamız oyununu tapa bilmir. Bunu oyunçuların keyfiyyəti ilə əlaqələndirməzdim.

- Əsasnaməyə görə, protokola 23 futbolçunun adını daxil edə bilərsiniz. Amma siz yenə də matçın iştirak ərizəsində 18 nəfəri qeyd edirsiniz...

- Olan futbolçumuz budur. Əvəzedicidən oyunçuları gətirib yalandan ehtiyatda oturmağın mənası yoxdur. Futbolçu baxımından problem çəkmirik. (Qol.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər