Salah MY-nin qənimidir - Misirli ilkə imza atdı

Salah MY-nin qənimidir - Misirli ilkə imza atdı

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.

Fanat.Az xəbər verir ki, misirli hücumçu buna "Mançester Yunayted"ə qarşı XXX turdan təxirə salınmış oyunda dubla imza atmaqla nail olub.

Ulduz oyunçu bir mövsümdə "qırmızı şeytanlar"a 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, qarşılaşma Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda ötən il IX turda rəqibi 5:0 hesabı ilə darmadağın etmişdi. Salah həmin görüşdə het-triklə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər