Şahruddinin başına 25 tikiş qoyulub - mövsümü başa vurdu?

Şahruddinin başına 25 tikiş qoyulub - mövsümü başa vurdu?
Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.
 
Fanat.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub. 
 
İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər