"Sabah" Bakıya qayıtdı

"Sabah" Bakıya qayıtdı

FIBA Avropa Kubokunda təsnifat mərhələsindən müntəzəm mövsümə yüksələn "Sabah" basketbol komandası dünən axşam saatlarında Bakıya qayıdıb. Fanat.Az xəbər verir ki, "futuristlər"i Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Basketbol ailəsinin üzvləri, media mənsubları və azarkeşlər qarşılayıb. "Sabah" təsnifat mərhələsində "Donar"ı (Niderland), "Rabotniçki" (Şimali Makedoniya) və "Rapid"i (Rumıniya) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər