Rövnəq Abdullayev millinin düşərgəsində

Rövnəq Abdullayev millinin düşərgəsində

AFFA prezidenti Rövnəq Abdullayev millimi komandamızın üzvləri ilə görüşüb. Fanat.Az xəbər verir ki, assosiasiya rəhbəri baş katib Elxan Məmmədovla birgə “Olimpiya” stadionunda yığmamızı ziyarət edib.

Milli komandamız sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç yığmasını qəbul edəcək. Plana əsasən, komandamız axşam “Olimiya” stadionunda oyun qabağı son məşqinə çıxmalı idi. Lakin sabahkı matçın UEFA nümayəndəsi  buna icazə verməyib.  Səbəb kimi isə ot örtüyünün zərər görməsindən ehtiyatlandığını göstərib.

Ona görə də komanda üzvləri qaçış cığırında AFFA prezidenti və baş katiblə görüşdükdən sonra ehtiyat meydançada məşq keçməyə yollanıblar. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər