Rüşvətxor mütəxəssis yenidən iş başında

Rüşvətxor mütəxəssis yenidən iş başında

Bu il korrupsiya əməllərinə görə İngiltərə millisindən kənarlaşdırılan Sem Ellardays özünə yeni iş yeri tapıb.

Fanat.Az xəbər verir ki, 62 yaşlı mütəxəssis İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas”la anlaşıb. Bu barədə xəbəri paytaxt klubu yayıb.

Müqavilənin detalları barədə heç bir məlumat verilməsə də, yerli mətbuatda Ellardaysın “Qartallar”la 2,5 illik müqavilə bağladığı deyilir.

Xatırladaq ki, Ellerdays transfer hüquqları üçüncü şəxslərdə olan futbolçuların İngiltərəyə transferi üçün vasitəçilik edib və bu işdən 400 min funt sterlinq qazanıb. İddiaya görə, o, millinin baş məşqçisi olmaq haqqından sui-istifadə edərək, bəzi şəxslərə qeyri-qanuni olan transfer yolunu qanuni hala gətirməyin yollarını başa salır və buna görə rüşvət alırmış.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər