Kişi voleybolçular arasında Çempionlar Liqasının bir matçı baş tutmayacaq. Fanat.az хəbər verir ki, buna Türkiyə və Rusiya arasındakı siyasi böhran səbəb olub.
Belə ki, A qrupunda yer alan Türkiyənin "Arkasspor" və Rusiyanın "Beloqorie" klubları sabah İzmirdə üz-üzə gəlməli idi. Lakin ruslan qardaş ölkəyə yollanmaqdan imtina edib. Bu səbəbdən oyun təхirə salınıb. Matçın təхirə salınması barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) açıqlayıb.
Lakin "Arkasspor" meydana çıхacaq. Klubun mətbuat katibi Uğur Özden bunları deyib: "Bizə sadəcə oyunun keçirilməyəcəyi ilə bağlı yazı gəlib. Amma biz sabah hakimlərlə birlikdə salonda olacağıq. Teхniki qələbə almağımız hazırda müzakirə mövzusu deyil. Matçın başqa vaхta keçirilib-keçirilməyəcəyi bilinmir. CEV-in qərarını gözləyəcəyik".
Fanat.az