Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi" "Qəbələ"ni qəbul edir. Fanat.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin sonlarında bakılıların baş məşqçisi Əsgər Abdullayev əvəzetməyə ehtiyac duyub.
Belə ki, təcrübəli çalışdırıcı oyunun 86-cı dəqiqəsində Ruslan Qurbanovun yerinə meydana Elşən Abdullayevi buraxıb. Ruslan isə bundan narazı qalıb. O, meydanı əsəbi şəkildə tərk edib. Bu azmış kimi, Qurbanov baş məşqçisinə qarşı hörmətsizlik edib. Ehtiyat oyunçular skamyasına yollanan Qurbanov məşqçisi iə görüşməyib. O, gödəkçəsini əsəbi halda yerə ataraq Əsgər Abdullayevin qərarına hörmətsizlik edib.
Fanat.az