Ruslan Abışovun həsrəti bitir

Ruslan Abışovun həsrəti bitir
"Qəbələ"nin və milli komandamızın üzvü Ruslan Abışov yaşıl meydanlara dönməyə hazırlaşır. Fanat.az xəbər verir ki, 28 yaşlı futbolçu zədəsini sağaldıb.
Ruslan sabahdan kollektiv məşqlərə başlayacaq. Onun nə vaxt meydana çıxacağına gəlincə, bu hələl dəqiq deyil. Abışov ya XXII turun "Rəvan"la oyununda, ya da XXIV turun "Xəzər Lənkəran"la matçında oynayacaq.
Qeyd edək ki, Ruslan sonuncu dəfə ötən ilin 19 dekabrında "Qarabağ"a qarşı oynayıb. Belindəki ağrılar səbəbindən oynaya bilməyən millimizin üzvü Almaniyada müalicə kursu keçməli olmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər