"İnter" futbol klubunun üzvü, tanınmış futbolçu Ruslan Abışov bu ay subaylığın daşını atmağa hazırlaşırdı. Sevib-seçdiyi, hələ 2015-ci ildə nişanlandığı Nərgiz xanımla nikahına sayılı günlər qaldığı bir vaxtda, toy təxirə düşdü.
Prodüser Pərviz Əsgərovun oğlunun doğum günündə PrimeTime.Az-ın əməkdaşına məlumatı təsdiqləyən ulduz futbolçu, toyu ilə bağlı eşitdiklərimizə bu sözlərlə aydınlıq gətirdi: "Avqust ayında toy olacaqdı. Ailəmizdə hüsünlü hadisə baş verdiyi üçün, ağsaqalların məsləhəti ilə tarix dəyişikliyi etdik.
Əslində şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Bu hadisə mediada işıqlandırıldığı üçün açıqlama etdim. İnşallah toy bu ilin sonuna qədər baş tutar".
Fanat.az