Runini Ronaldunun aqibəti gözləyir: 200 qoyun...

Runini Ronaldunun aqibəti gözləyir: 200 qoyun...

"Mançester Yunayted"in sabiq hücumçusu, "Derbi Kountİ"nin baş məşqçisi olan Ueyn Runi (Wayne Rooney) qeyri-adi problemlə üzləşib.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçunun Çeşirdə yerləşən 27 milyon dollarlıq malikanəsinin yaxınlığında 200 baş qoyun üçün tövlə tikilə bilər.

Təsərrüfatçılar qış aylarında tövlənin tikintisinə başlamaq üçün yerli orqanlardan icazə istəyib.

Qeyd edək ki, sentyabr ayında "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) və ailəsi həmin ərazidə qoyun səslərindən yata bilmədilkəri üçün Mançesterin mərkəzinə köçmək məcburiyyətində qalmışdı.

Xatırladaq ki, Ueyn Runi 2004-2017-ci illərdə "qırmızı şeytanlar"ın şərəfini qoruyub. Forvard "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasının 5 qat qalibi olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər