Almaniyanın Şimal-Şərq Regional Liqasında XXX turun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Germaniya Halberştadt" doğma meydanda "Oberlausitz Noyqersdorf" ilə qarşılaşıb.
Matç futbolçumuzun klubunun qələbəsi ilə başa çatıb - 1:0. Rüfət bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
Fanat.az