Rüfət oynadı, komandası darmadağın etdi

Rüfət oynadı, komandası darmadağın etdi
Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) II turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası "Foneks Rayzinq” doğma meydanda "La Qalaksi II” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Rüfət 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda "Foneks Rayzinq” 2 oyuna 6 xalla 2-ci sıradadı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər