"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun karyerasını hansı klubda davam etdirəcəyi açıqlanıb.
Fanat.Az "La Gazzeta dello Sport"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz İtaliyanın "Napoli" klubunun nümayəndələri ilə razılığa gəlib.
Xəbərə görə, MY "7 nömrə"ni Neapol təmsilçisinə icarəyə göndərərək əməkhaqqısını özü ödəyəcək, "Napoli" isə hücumçusu Viktor Osimheni 100 milyon avroya "qırmızı şeytanlar"a satacaq.
Qeyd edək ki, daha öncə neapolluların baş məşqçisi Luçano Spalletti Ronaldu ilə istənilən mütəxəssisin işləmək istədiyini bildirmiş, lakin onunla əlaqə saxlamadıqlarını söyləmişdi. Sözügedən çalışdırıcı Osimheni də satmaq niyyətində olmadıqlarını vurğulamışdı.
Nihat