“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun “Əl-Şabab”la oyununda (3:2) rəqib azarkeşlərə nalayiq jest edib.
Fanat.Az "Goal"-a istinadən xəbər verir ki, klubu isə Ronaldunun ədəbsiz jestinin videosunun süni intellekt (AI) vasitəsilə hazırlandığını iddia edib.
"Əl-Nəsr" bunu sübut edə bilməsə, Səudiyyə Ərəbistanı Pro Liqasının Nizam-İntizam Komitəsi portuqaliyalı ulduzu iki çempionat matçı üçün diskvalifikasiya etməyi və həmçinin onu cərimələyə bilər.
38 yaşlı forvard bu mövsüm sözügedən çempionatda 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempion Klublar Kubokunda 3 oyunu və 4 qolu var. Bundan əlavə, o, Asiya Çempionlar Liqasında 6 oyuna çıxaraq 5 qol vurub. Ümumilikdə, Ronaldu 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri olub.
Mirağa