Ronaldunun bacısı Peresin cavabını verdi: "Özünə hörmət et, qoca"

Ronaldunun bacısı Peresin cavabını verdi: "Özünə hörmət et, qoca"

"Real Madrid"in fanatlarından biri klub prezidenti Florentino Peresə Kriştianu Ronaldonun geri qaytara bilib-bilməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Fanat.Az xəbər verir ki, Peres yaxın keçmişdə Madrid klubunda top qovan və 451 qolla rekord vuran ulduz futbolçu ilə bağlı sualı aşağılayıcı tərzdə cavablayıb:  

“Yenəmi? Onun 38 yaşı var!”

Ronaldunun bacısı Katya Aveyro isə qardaşını müdafiə edərək Peresin ünvanına şərh yollayıb. O, "Instagram"da belə paylaşım edib: "Onun 38 yaşı var, lakin o, iki metr hündürlüyə tullana, üç dəqiqə havada qala bilir və bədənində yağ yoxdur. Özünə hörmət et, qoca, sənin 75 yaşın var”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər