Ronaldudan tarixi göstərici

Ronaldudan tarixi göstərici
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu A Seriyasının 34-cü turu çərçivəsində "Latsio" ilə oynanılan matçda (2:1) dubl müəllifi olub.
Ronaldu İtaliya çempionatında vurduğu qolların sayını 51-ə (ötən mövsümdə 21, cari mövsümdə 30 qol) çatdırıb. Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Premyer Liqa, La Liqa və A Seriyasında 50 qol limini keçən ilk futbolçu kimi tarixə düşüb.
Bununla yanaşı, Ronaldu 1994-95 mövsümündən bəri İtaliya çempionatında 50+ qola ən tez çatan oyunçudu. Bunun üçün 35 yaşlı oyunçuya 61 matç kifayət edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər