Ronaldu üçün zümrüddən bahalı daşlardan saat hazırlandı - FOTO

Ronaldu üçün zümrüddən bahalı daşlardan saat hazırlandı - FOTO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməklə sərvətini artıran dünya ulduzu Kriştianu Ronaldunun yeni dəbdəbəli saatı diqqət çəkib.

Fanat.Az xəbər verir ki, o, lüks saat istehsalçıları "Jacob & Co" və "Caviar Flying Tourbillon" şirkətləri tərəfindən sırf portuqaliyalı üçün hazırlanıb.   Bu barədə "Jacob & Co" sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

"Tsavorite" adlı qeyri-adi saat Səudiyyə Ərəbistanı bayrağının əsas rənginə hörmət olaraq yaşıl rəngdədir. Saat tsavorit daşlarından hazırlanıb ki, bu, zümrüddən 200 dəfə daha nadir qiymətlidir. Hansı ki, daha çox təsiredici parıltıya sahibdir. Bundan başqa, saat ağ qızılla işlənib və özündə 216 komponenti, 27 daş-qaşı əks etdirir. Ronaldunun qiymətli əşyası 42 saat enerji ehtiyatına malikdir. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by JACOB & CO. (@jacobandco)

"Əl-Nəsr"in yeni ulduzu üçün xüsusi olaraq hazırlanmış lüks əşya ictimaiyyətə satılmasa da, "Hypebeast" onu 720 min avro (1 milyon 333 min manat) qiymətləndirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər