Ronaldu şou göstərdi, komandası darmadağına sevindi

Ronaldu şou göstərdi, komandası darmadağına sevindi

Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turunda "Əl-Nəsr" səfərdə “Abha”nı 5:0 hesabı ilə darmadağın edib.

Fanat.Az xəbər verir ki, qonaqların ötən tur het-trik edən superulduzu Kriştianu Ronaldu bu görüşdə də 3 dəfə rəqib qapısına yol tapmaqla yanaşı, digər iki qolun vurulmasında məhsuldar ötürmələrlə pay sahibi olub.

O, Sadio Mane və Əbülməcid Əl-Süleyhimin fərqlənməsinə şərait yaradıb. 

26 oyuna 62 xal toplayan “Əl-Nəsr” Pro Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Əl-Hilal"ın isə 74 xalı var.

Cari mövsüm  Səudiyyə Ərəbistanı çempionatında 23 oyun keçirən 39 yaşlı Ronaldu 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər