"Napoli"nin müdafiəçisi Mario Ruy Kriştianu Ronaldunun Neapol klubuna keçəcəyi təqdirdə şad olacağını bildirib.
Fanat.Az xəbər verir ki, "Calciomercato" nəşri 31 yaşlı portuqaliyalı futbolçunun dediklərini belə çatdırıb:
"Səviyyəli oyunçu istənilən komandada uğur qazana bilər. Kriştianu azarkeşlərin hörmətini və istiliyini hiss etdiyi yerdə qarşısıalınmaz olur. Ronaldu “Napoli”yə keçsəydi, düşünürəm ki, dünyanın istənilən komandasında otağında olduğu kimi, onu qarşılamağa hazır olardıq".
Xatırladaq ki, Ronaldunun agenti Jorje Mendeş onu "Napoli"nin hücumçusu Viktor Osimhenlə mübadilə etməsini planlaşdırır.
Emin