“Çelsi” Lamin Kamara üçün qiyməti yüksək hesab edir

“Çelsi” Lamin Kamara üçün qiyməti yüksək hesab edir
“Çelsi” (Chelsea) klubu “Monako”nun (Monaco) 22 yaşlı yarımmüdafiəçisi Lamin Kamara (Lamine Camara) üçün tələb olunan məbləği yüksək hesab edir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal” yayıb.
“Çelsi” yay transfer pəncərəsində seneqallı futbolçunu heyətinə cəlb edə bilməyib.
London klubu hələ də Lamin Kamaranı əsas transfer hədəfləri sırasında saxlayır.
Buna baxmayaraq, “Çelsi” rəhbərliyi “Monako”nun tələb etdiyi 59 milyon funt-sterlinqlik (70 milyon avro) qiyməti həddindən artıq yüksək sayır və bu məbləği ödəməkdən imtina edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər