Mbappe “Real Madrid”də yalnız bu şərtlərlə qalacaq

Mbappe “Real Madrid”də yalnız bu şərtlərlə qalacaq
Fransa millisinin (Équipe de France, France national team) və “Real Madrid”in hücumçusu Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) klubla yeni müqavilə imzalamaq üçün maliyyə şərtini irəli sürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı “TeamTalk” yayıb.
İspaniyalı jurnalist Dieqo Torres Romanonun (Diego Torres Romano) iddiasına görə, 27 yaşlı futbolçu Madrid təmsilçisi ilə müqaviləsini yalnız illik 60 milyon avro xalis maaş qarşılığında uzatmağa razıdır.
Məlumata əsasən, Mbappenin əsas istəyi “Real Madrid”dən ayrılaraq İngiltərə Premyer Liqasında çıxış etməkdir. “Liverpul”un (Liverpool) fransalı hücumçunun nümayəndəsi və anası Fayza Lamari ilə əlaqə saxladığı da bildirilir.
Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər