“Milan” Modriçin əvəzləyicisini İngiltərədə tapdı

“Milan” Modriçin əvəzləyicisini İngiltərədə tapdı

İtaliyanın “Milan” (Milan, AC Milan) klubu İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un (Bournemouth) yarımmüdafiəçisi Aleks Skottla (Alex Scott) maraqlanır.

Fanat.Az xəbər verir ki, informasiyanı “Tuttomercato” yayıb.
Məlumata görə, “Milan” 23 yaşlı ingiltərəli futbolçunu gələcəkdə Luka Modriçin (Luka Modrić, Luka Modric) mümkün əvəzləyicisi kimi nəzərdən keçirirlər. Lakin Milan təmsilçisinin bu transferdə “Arsenal”, “Çelsi” (Chelsea), “Liverpul” (Liverpool) və “Real Madrid” kimi klublarla rəqabət aparmalı ola biləcəyi bildirilir.
“Milan” Modriçin əvəzləyicisini İngiltərədə tapdı
Aleks Skott 2023-cü ildən “Bornmut”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, transferlə bağlı hələlik rəsmi razılaşma yoxdur.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər