“Liverpul” Uilyama 100 milyon avro təklif edir - “Portu” razılaşmır

“Liverpul” Uilyama 100 milyon avro təklif edir - “Portu” razılaşmır
İngiltərənin “Liverpul” (Liverpool) klubu Portuqaliyanın (Porto) “Portu” komandasında çıxış edən braziliyalı vinger Uilyam Qomeşlə (William Gomes) maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Hard Tackle” yayıb.
Məlumata görə, Mersisayd təmsilçisi 20 yaşlı futbolçunun çıxışını yaxından izləyir və gələn il onun transferi üçün hərəkətə keçə bilər.
Qomeş bu yaxınlarda “Portu” ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb. Yeni müqaviləyə əsasən, futbolçunun sərbəstqalma məbləği 80 milyon avrodan 100 milyon avroya yüksəldilib.
“Liverpul”un braziliyalı futbolçuya marağına baxmayaraq, onun transferi asan görünmür. “Portu” gənc oyunçunu komandada saxlamaqda maraqlıdır.
Qeyd edək ki, Uilyam Qomeş ötən mövsüm bütün turnirlərdə 46 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər