Messi coşdu, komandası qələbəsiz seriyaya darmadağınla son qoydu

Messi coşdu, komandası qələbəsiz seriyaya darmadağınla son qoydu

"İnter Mayami"nin (Inter Miami) argentinalı superulduzu Lionel Messi MLS müntəzəm çempionatında evdə "Di Si Yunayted"ə (D.C. United) qarşı keçirdikləri oyunda iki qola imza atıb.

Fanat.Az xəbər verir ki, 4:0 hesabı ilə yekunlaşan görüşdə Mayami təmsilçisinin digər iki qolunu uruqvaylı forvard Luis Suares (Luis Suárez, Luis Suarez) vurub.
Beləliklə, Messi müntəzəm çempionatın bombardirlər cədvəlində liderliyini möhkəmləndirib. Hazırda təcrübəli forvardın hesabında 23 qol var.
"İnter Mayami" MLS-də 5 matç idi ki, qələbə qazana bilmirdi. Sözügedən kollektiv sonuncu dəfə avqustun 30-da "Monreal"ı (CF Montréal, CF Montreal) öz meydanında 7:1 hesabı ilə yenmişdi. Həmin görüşün ardından Devid Bekhemin (David Beckham) həmsahibi olduğu klub 4 heç-heçə və 1 məğlubiyyətlə diqqət çəkmişdi.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər