MPL: "Qarabağ" Yevlax səfərində - YENİLƏNİR

MPL: "Qarabağ" Yevlax səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 7-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutacaq.
“İmişli” meydan sahibi qismində Yevlaxda “Qarabağ”la üz-üzə gələcək. Saat 16:00-da start götürəcək qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
Son oyunda isə “Şəfa” “Turan Tovuz”la qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşdə ədaləti Əli Əliyev qoruyacaq.
Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə (0:2) uduzub, “Sumqayıt” “Qəbələ”yə (4:1) qalib gəlib. “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
7-ci tur
11 oktyabr
“İmişli” – “Qarabağ” 0:0 (1-ci hissə)
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.
"İmişli": 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vyeqas (Rafael Viega), 21. Ronaldo de Souza, 6. Yav Mozes (Yaw Moses), 9. Dioqo Almeyda (Diogo Almeida), 23. Dioqo Rollo (Diogo Rollo), 80. Deko (Deco).
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin (Sebaï Séni, Sebai Seni).
Baş məşqçi: Fərid Namazov.
"Qarabağ": 23. Martin Zlomisliç (Martin Zlomislić, Martin Zlomislic), 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva (Matheus Silva), 5. Bruno Lanqa (Bruno Langa), 10. Xoni Montiel (Jhonny Montiel), 25. Cebrail Makreçkis (Gabriele Makreckis), 21. Aleksey Kaşuk (Oleksiy Kashchuk), 7. Jali Muaddib (Jaly Mouaddib), 35. Pedro Bikalyo (Pedro Bicalho), 4. Bense Varkonyi (Bence Várkonyi, Bence Varkonyi).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç (Marko Janković, Marko Jankovic), 29. Renaldo Sefas (Reinaldo Sephas), 9. Zəkəriyyə Savo, 11. Reda Xadra (Reda Khadra), 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
18:30. “Şəfa” – “Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər