Ötən gün "Mançester Yunayted"ə qoşulmaq üçün İngiltərəyə yollanan ulduz futbolçu Kriştianu Ronaldu (Cristiano Ronaldo) yeni komandasına qatıla bilməyib.
Fanat.Az xəbər verir ki, İngiltərə höküməti klubun müraciətinə müsbət cavab vermədiyi üçün portuqaliyalı hücumçu karantinə alınıb.
"Evening News"un yaydığı xəbərə görə, Ronaldu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komandaya qoşula biləcək.
Qeyd edək ki, 2003-2009-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyan 36 yaşlı forvard "Yuventus"dan ayrılaraq sabiq klubuna geri dönüb və 2+1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Ronaldu sentyabrın 1-də DÇ-2022-nin seçmə oyunu çərçivəsində Portuqaliyanın İrlandiya ilə (2:1) oyununda cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də millimizlə Bakıdakı oyunu buraxmalı olacaq.
Röya