Ronaldu fasilədən sonra harada olacaq? - Komandası açıqlandı

Ronaldu fasilədən sonra harada olacaq? - Komandası açıqlandı

Məlum qalmaqallı müsahibədən sonra "Mançester Yunayted" rəhbərliyinin və klubun əsas komandasının baş məşqçisi Erik ten Haqın etimadını itirən Kriştianu Ronaldunun qış fasiləsindən sonra harada oynayacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Xəbərə görə, MY ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq portuqaliyalı ulduz "qırmızı şeytanlar"ın ehtiyat komandasına qoşulmağı uyğun sayır. Mənbə həftəyə 560 min avro maaş alan 37 yaşlı forvardın əsas komandaya kömək etmədən bu məbləği qazanmağı üstün tutduğunu vurğulayıb.

Səbəb kimi digər böyük klublardan heç birinin Kriştianuya İngiltərə təmsilçisində aldığı qədər maaş təklif etmədiyi, üstəlik, onun transferi üçün MY-yə yüksək təzminat ödəməyi planlaşdırmadığı göstərilib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər