Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu sosial şəbəkə hesabında doğum günündə çəkilən ailə fotosunu paylaşıb.
Fanat.Az xəbər verir ki, fevralın 5-də 39 yaşı tamam olan portuqaliyalı superulduz fotoya ürək sözlərini də əlavə edib:
"39 yaşımı ailəmələ ən yaxşı şəkildə qeyd edə bilmək və yenidən məşqlərə qayıtmaq imkanı üçün minnətdaram. Xoş mesajlara görə hər kəsə təşəkkürlər!"

Qeyd edək ki, cari mövsüm Pro Liqada 18 matça çıxan Kriştianu 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 2023-cü ildə ümumilikdə 54 qola imza atan təcrübəli forvard dünyanın ən yaxşı bombardiri adına yiyələnib.