Ronaldu Bekhemin klubunda?

Ronaldu Bekhemin klubunda?

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasını MLS-də (ABŞ) çıxış edən “İnter Mayami”də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı insayder Pedru Almeyda öz "Twitter" hesabında yazıb.

Mənbənin məlumatına görə, komandanın sahibi və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2023-cü ilin qış transfer pəncərəsində Amerika komandasına keçə biləcəyi ehtimalı barədə Ronaldu ilə artıq danışıqlar aparıb.

33 turdan sonra “İnter Mayami” MLS Şərq Konfransının turnir cədvəlində beşinci yerdədir. Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər