Ronaldoya ağır cavab: "O, yazığın biridi"

Ronaldoya ağır cavab: "O, yazığın biridi"

"AVRO-2016"nın F qrupu çərçivəsində keçirilən Portuqaliya - İslandiya matçı 1:1 hesabı ilə yekunlaşıb. Fanat.az xəbər verir ki, qeydə alınan nəticə islandlar üçün sevindiricidi.

Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandanın Portuqaliya ilə bərabərə qalması hər halda pis nəticə hesab edilə bilməz. 

Ancaq Potuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo rəqibini tərifləmək əvəzinə tənqid edib. Onun fikrincə rəqib bu gedişlə heç bir uğura nail ola bilməyəcək: "İslandlar bu heç-heçəni elə bayram edirdilər ki, sanki Avropa çempionatının qalibi olublar. Bu, ağılsızlıqdı. Onlar heç nəyə nail ola bilməyəcəklər".

Ronaldoya cavab da özünü çox gözlətməyib. İslandiya millisinin üzvü Kari Arnanson portuqaliyalıya belə cavab verib: "O, bəxti gətirməyən yazığın biridi. Ronaldo uduzmaq istəmirdi. Bizim komandadan nə gözləyirdi ki? Fikirləşirdi ki, meydanda "Barselona” ola bilər? Biz turnirin autsayderiyik və autsayder kimi də oynayıdıq. Buna baxmayaraq, biz matçı hətta uda da bilərdik. Amma bəxtimiz gətirmədi. Biz meydanda Kriştianoya çox fikir vermirdik. Təbii ki, ona nəzarət edirdik. Amma bir futbolçuya görə bütün oyun planını dəyişmək ağılsızlıq olardı. Biz çalışdıq ki, o, daim nəzərətdə olsun, bunu da bacardıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər