Hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo Mesut Özilin "Real"dan ayrılmasına qəzəblənib.
Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu özü açıqlama verib.
Ronalod türk əsilli futbolçunun "Arsenal"a keçidinin onun üçün pis xəbər olduğunu söyləyib.Portuqaliyalı forvard Mesut Özilin onun əvvəlcədən nə edəcəyini bilən ən yaxşı oyunçu olduğunu bildirib: "İndiyə qədər onun komandadan ayrılmasına görə hələ də qəzəblənirəm".
Qeyd edək ki, Mesut Özil 2010-cü ildən 2013-cü ilə qədər "Real"da çıxış edib. Ronaldo isə 2009-cu ildən bu ilin yayına kimi İspaniya təmsilçisinin formasını geyinib.
Fanat.Az