Ronaldonu harda və necə gizlədirlər? - FOTOLAR

Ronaldonu harda və necə gizlədirlər? - FOTOLAR

Bu gün "AVRO-2016”da ilk oyununa çıxacaq Portuqaliya millisi ilə bağlı maraqlı görüntülər ortaya çıxıb.

Rusiyanın “Moskovski komsomolets” qəzeti yazıb ki, heyətində Kriştiano Ronaldo kimi ulduzu olan komanda Paris yaxınlığında Milli Reqbi Mərkəzinin iki mərtəbəli binasında qalır.

Qəzet yazır ki, bu bina ilk baxışda Sovet dövrünün pansionatını və ya pioner düşərgəsini xatırladır.

Qeyd olunur ki, burada Portuqaliya millisi xüsusi nəzərətdə saxlanılır. Millinin açıq məşqi istisna olmaqda, futbolçular media və azarkeşlərdən gizlədilir. Bunun üçün baza yaxınlığında göy rəngdə hasar da çəkilib.

Bütün bunlara baxmayaraq, hər gün yüzlərlə portuqaliyalı azarkeşin Parisdə 30 km. uzaqlıqda yerləşən qəsəbəyə gedərək milli komandalarını görmək istədiyi bildirilir.(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər