Braziliya millisinin və "Real Madrid"in sabiq ulduzu, dünya futbolunun əfsanəsi Ronaldo "Valyadolid"in La Liqaya yüksəlməsini qeyd etmək üçün 200 km məsafəyə velosiped sürüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Valyadolid"in səhmlərinin 51 faizinə sahib ikiqat dünya çempionu elektron velosipedlə Santyaqo de Kompostela şəhərinə yollanıb. O, 200 kilometri dörd mərhələdə - gündə 50 km olmaqla qət edib.
Beləliklə, "Valyadolid"in prezidenti əvvəllər verdiyi vədi yerinə yetirib. Ronaldo klub La Liqaya çıxacağı təqdirdə, belə bir səfər edəcəyini bildirmişdi.
"Fenomen" səyahəti başa vurduqdan sonra açıqlama verib: “İnanılmaz təcrübədir. Güclü ağrıya baxmayaraq, bunu etməyə dəyərdi. Velosipedi sürə-sürə bir çox şeylər haqda düşünürdüm. "Valyadolid"lə bu il çox çalışdıq və La Liqaya qayıda bildik".
Xatırladaq ki, "Valyadolid" ötən mövsüm Sequndada 81 xal toplayaraq La Liqaya yüksəlib.
Emin