Kriştiano Ronaldo "Yuventus” rəhbərliyindən ona 3 cangüdən tutmağı xahiş edib.
Fanat.Az "Corriere di Torino”ya istinadən xəbər verir ki, bu yay "Real”dan 112 milyon avroya transfer olunan portuqaliyalı Qran Madredəki villasına basqın ediləcəyindən qorxur. Cangüdənlərdən biri 33 yaşlı futbolçunun evini, ikincisi ailəsini, üçüncüsü isə özünü qoruyacaq.
Fanat.Az