Ronaldo penalti vura bilmədi, Hollandiyada 5 qol - VİDEO

Ronaldo penalti vura bilmədi, Hollandiyada 5 qol - VİDEO
Ötən gün milli komandalar arasında yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, Hollandiya doğma meydanda Fransaya 2:3 hesabı ilə yenilib.
Portuqaliya evdə Bolqarıstana uduzub - 0:1. Matçın 67-ci dəqiqəsində meydan sahiblərinin qazandığı penaltidən Kriştiano Ronaldo yararlana bilməyib.
"AVRO-2016"nın iki iştirakçısı İrlandiya və İsveçrə Dublində üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliya - Bolqarıstan 0:1
Qol: Marselinyo, 19.
Hollandiya - Fransa 2:3
Qollar: Luuk de Yonq, 47. İbrahim Afellay, 86 - Antoine Qriezmann, 6. Olivier Qiroud, 13. Blayse Matuidi, 88.
İrlandiya - İsveçrə 1:0
Qol: Kiaran Klark, 2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər