Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu sözügedən turnirdə oynamamağa qərar verib.
Qeyd edək ki, bundan əvvəl Argentina millisinin baş məşqçisi Xerardo Martino Lionel Messinin olimpiadada iştirak etməyəcəyini açıqlamışdı.
Əlavə edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.
Fanat.az