Hollandiyanın İNG bankı maraqlı araşdırma aparıb. Fanat.az xəbər verir ki, araşdırma əsasən, "AVRO-2016"nın final mərhələsinə vəsiqə qazanan komandalar və onların üzvləri ilə bağlıdı.
Araşdırma zamanı bəlli olub ki, "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun transfer dəyəri Macarıstan millisinin üzvlərindən 4 dəfə bahadı. Portuqaliyalının dəyəri 116 milyon dollardı. Macarıstan millisinin üzvlərinin dəyəri isə 31 milyon dollara bərabərdi. Xatırladaq ki, macarlar 1972-ci ildən bu yana ilk dəfədi ki, final mərhələsinə vəsiqə qazanır. Buna görə də onların çıxışı maraqla gözlənilir.
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandalar arasında ən dəyərlisi isə İspaniya millisidi. Preneylərin dəyəri 736 milyon dollardı. Almaniyaniyanın dəyəri 633, ev sahibi Fransanın isə 551 milyon dollara bərabərdi.
Fanat.az