Ronaldo “Instagram” ulduzu seçildi

Ronaldo “Instagram” ulduzu seçildi
"Yuventus”un və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo "Instagram”da ən populyar insan hesab olunur.
Fanat.Az xəbər verir ki, futbolçunun sosial şəbəkədəki səhifəsində 144 milyon 200 mindən çox insan qeydiyyatdan keçib. Ronaldu bu göstəriciyə görə müğənni Selena Qomesi (144 milyon izləyici) üstələyib.
Xatırladaq ki, bu yay 33 yaşlı forvard 117 milyon avro müqabilində Madridin "Real” klubundan "Yuventus”a keçib. İtalyan klubunun tərkibində oynadığı 12 matçda o, 7 qolun və qolla nəticələnən 5 ötürmənin müəllifidir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər