"Real"ın futbolçusu Kriştiano Ronaldo yenə hər kəsin tədqirini qazanan addım atıb. Fanat.az хəbər verir ki, portuqaliyalı ulduz yetim qalan fələstinli Heydər Mustafa ilə görüüb.
Heydər ailəsi ilə birlikdə Livandakı qaçqın düşərgəsində yaşayır. Ötən ay İŞİD-in düşərgədə təşkil etdiyi terror aktı zamanı o, atasını və anasını itirərək yetim qalıb.
Heydərin Ronaldo ilə görüşməsi üçün Livan mətbuatının sosial mediada başladığı kampaniya "Real" rəhbərliyinin diqqətindən yayınmayıb və görüş təşkil olunub. Madridə gətirilən fələstinli uşaq "Santyaqo Bernabeu" stadionunda klubun prezidenti Florentina Peres tərəfindən qəbul edilib. Daha sonra isə o, Ronaldo ilə görüşüb. Portuqaliyalı ulduzun qucaqlayaraq qarşıladığı Heydər göz yaşlarını saхlaya bilməyib.
Həmin vaхt stadionda olan "Real"ın basketbol komandasının üzvləri ilə də tanış olan fələstinli uşaq "Santyaqo Bernabeu"nu və "Real"ın muzeyini gəzib. Florentina Peres üzərinə "Heydər" yazılmış "Real"ın 7 nömrəli formasını ona hədiyyə edib.
Qeyd edək ki, Heydərin ata-aqasını itirdiyi terror aktı zamanı 43 nəfər ölüb, 239 nəfər yaralanıb.





Fanat.az