Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM

Ronaldinyo ev dustaqlığından çıxdımı? - SON DURUM
Braziliya millisinin və "Barselona"nın sabiq ulduzu Ronaldinyo Paraqvayda ev dustaqlığında qalacaq.
Fanat.Az xəbər verir ki, bu haqda "Globo Esporte” məlumat yayıb. 
Məhkəmə 40 yaşlı superveteranın ev dustaqlığından azad olunması barədə şikayətini rədd edib. Bu isə o deməkdir ki, yeni məhkəmə prosesi başlanana kimi Ronaldinyo ev həbsində qalacaq.
Xatırladaq ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla getdikləri üçün həbs ediliblər. Onların cəzası sonradan 1,6 milyon dollar müqabilində ev həbsi ilə əvəzlənib. Bu müddəti qardaşlar oteldə qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər